11 Mart 2015 16:13
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni atletlərin Bakı-2015 Avropa Oyunlarında iştirakını yaxşı xəbər adlandırıb.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik "Twitter"dəki səhifəsində yazıb.

Diplomat ümid etdiyini bildirib ki, Azərbaycan bu qərarı alqışlayacaq.

Qeyd edək ki, daha əvvəl gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın erməni nümayəndə heyətinin I Avropa Oyunlarında təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər