Avropada yaşayan siyasi fəal Qabil Rzayev 2013-cü ilin iyun ayında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev arasındakı söhbəti yayıb. O, iki siyasətçi arasındakı söhbətə şəxsən şahidlik etdiyini bildirib.
Teleqraf.com Q.Rzayevin sosial şəbəkədə paylaşdığı yazını olduğu kimi təqdim edir.
"2013-cü ilin iyul ayında dostum İlqar Rzayevlə Moskvaya gedib Rüstem İbrahimbəyovun prezidentliyə vahid namizədliyi üçün fəaliyyət göstərirdik. Həmin ərəfədə bir neçə yoldaşa birlikdə Rüstəm İbrahimbəyovla söhbət edirdik. Elə bu an İbrahimbəyova bir telefon zəngi gəldi. Rüstəm müəllim telefonu götürdü və mikrafonda Rəsul Quliyevlə danışdı. Biz açıq eşidirdik. Rəsul Quliyev deyirdi: "Rüstem müəllim siz mənə təcili 300 min dollar təşkil edin, mən də sizə ən qısa zamanda bir-iki milyon göndərəcəm". Telefonun bu tərəfində Rüstəm müəllim müxtəlif əl və qaş-göz hərəkətləri ilə Rəsul Quliyevlə məzələnməyə başladı və ona rədd cavabı verdi. Bu səhnəyə baxanda "O olmasın, bu olsun" filmində Məşədi İbadla Qoçu Əsgərin dialoqu yadıma düşdü. Rüstəm İbrahimbəyovdan ayrılarkən yanımdakılara dedim ki, nə qədər bu xalq bu parazitlərdən xilas olmayıb, Azərbaycanda müxalifət hakimiyyətə gələ bilməyəcək".
Ayxan