16 Aprel 2015 17:47
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qiymətli kağızlar bazarı haqqında” qanun vacib hüquqi sənəddir.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, yeni qanun Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına təkan verəcək. Onun sözlərinə görə, bu sənəd, həmçinin, bazarın iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəldilib.

“Azərbaycan iqtisadiyyatı inkişaf edir. Belə bir şəraitdə qiymətli kağızlar bazarının inkişafı da diqqət mərkəzindədir. Bu baxımdan, yeni qanun layihəsi böyük əhəmiyyət kəsb edir”, – deyə komitə sədri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər