21 Aprel 2015 19:06
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır”

“Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir”.

Xarici İşlәr Nazirliyindәn verilәn mәlumata görә, bu sözlәri xarici işlәr naziri Elmar Mәmmәdyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib.

Onun sözlәrinә görә, Vilnüs sammitindən sonrakı hadisələr təəssüf ki, digər münaqişənin başlanması da daxil olmaqla, bütün Şərq Tərəfdaşlığı regionuna çoxsaylı çağırışlar gətirib. Şərq Tərəfdaşlığı məkanında bütün münaqişələr oxşar ssenari üzrə cərəyan edib və ərazi bütövlüyünün pozulması, işğal və separatizm kimi eyni ağır nəticələrə gətirib çıxarıb: "Artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır. Ermənistan-Azərbaycan münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Aİ-nin birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir. Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini gözləyirik və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq”.

Nazir bildirib ki, Azərbaycan böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq və regiona sülh və sabitlik gətirmək üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına dəfələrlə hazırlığını ifadə edib.
“Təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb”. Bunu da xarici işlәr naziri Elmar Mәmmәdyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib: “Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirildi. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır.

Vilnüs Sammiti zamanı və ondan sonra Mobillik üzrə tərəfdaşlıq, viza sadələşdirilməsi və readmissiya sazişlərinin imzalanması ümumi məqsədlərimizin praktik icrası üçün zəruri əsas yaradıb. Azərbaycan Aİ tərəfindən Avropa Qonşuluq Siyasətinin əsaslı şəkildə nəzərdən keçirilməsi üçün başlanılan ictimai məsləhətləşmələri müsbət qiymətləndirir”.

E.Mәmmәdyarov qeyd edib ki, Aİ ilə əməkdaşlıq çərçivəsində iqtisadi inkişaf, enerji, internet bağlılığı (nəqliyyat, İKT, ümumi aviasiya məkanı), miqrasiya və mobilliyi təşviq etmək Azərbaycanın marağındadır: “Eyni zamanda Aİ-nin AQS zonasında dini dialoq və mədəni müxtəlifliyi təşviq etmək niyyətini nəzərə alaraq, Azərbaycan mövcud çoxmədəniyyətli cəmiyyət üzrə həyat qabiliyyətli təcrübəsini paylaşmaqda çox maraqlıdır. Azərbaycan hər iki tərəfin əvvəlki prinsiplərin tələblərini yerinə yetirə bildikləri halda çevikliyin asanlıqla icra edilə biləcəyinə inanır. AQS tarixi göstərib ki, Aİ siyasətinin tərəfdaşlara uyğunlaşdırılmasında çətinliklər davamlı olaraq “bir ölçü hamıya uyğundur” siyasəti, fərdi ehtiyacların səhv hesablanması, dəyərlər və maraqlar arasında ifrat qarşılıqlı asılılığın təhkim edilməsindən qaynaqlanır. Bütün bunları nəzərə alaraq, Azərbaycan strateji tərəfdaşlıq ruhunda Aİ-Azərbaycan əməkdaşlığında maraqlı olduğunu bir daha vurğulayır”.

Nazir Azərbaycanın iyun ayında Avropa tarixində əsas idman hadisələrindən biri olan və qitə üçün çox maraqlı və idmanın çox növünü əhatə edən innovativ tədbirə, ilk Avropa oyunlarına ev sahibliyi edәcәyini də qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər