Milli Şuranın mayın 3-nə gözlənilən mitinqi təxirə düşə bilər. Bu haqda qurumun adının çəkilməsini istəməyən üzvü deyib.
Onun sözlərinə görə, mayın 3-nə olan müddət azalsa da, aksiya ilə bağlı hər hansı bir təbliğat aparılmır. Sanki gözləyirlər ki, digər iki aksiyada olduğu kimi min nəfər meydana toplaşacaq, siyasətçilər də çıxışlarını edib gedəcəklər.
Mənbənin sözlərindən bəlli olur ki, bu günə qədər Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısı keçirilməyib, bu məsələ ciddi şəkildə müzakirə edilməyib.
AXCP də hər hansı bir iş görməyib.
Bu isə o deməkdir ki, aksiya keçirilməyə bilər. Məsələnin digər tərəfi isə aksiyaların əhəmiyyətinin olmaması, heç bir nəticə verməməsi göstərilib.
Məhz bu səbəblərdən mitinq təxirə salına bilər.
Cavidan