Mayın 21-22-də Bakıda Cbonds-Congress şirkətinin təşkilatçılığı ilə MDB və Baltik ölkələrinin XII istiqraz konqresi keçiriləcək. Konqresdə 200-ə yaxın nümayəndənin iştirak edəcəyi gözlənilir.
Bu barədə Teleqraf.com-a Bakı Fond Birjasından məlumat verilib.
Qeyd edək ki, MDB və Baltik ölkələrinin istiqraz konqresi Rusiya, Qazaxıstan, Belarus və digər Birlik dövlətlərinin daxili istiqraz, həmçinin inkişaf etməkdə olan avroistiqraz bazarlarının inkişaf məsələlərinin müzakirə olunduğu aparıcı tədbirdir.
Konqres Bakıda 2007-ci ildə keçirilib.