Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, toplantıda separatçı Qarabağ rejiminin başında duran B.Saakyanın Fransaya səfərini və səfər zamanı şəhər rəsmiləri ilə rəsmi sənədlər imzalamasını qətiyyətlə pisləyib və bu addımların beynəlxalq hüququn tələblərinə zidd olduğunu, Qarabağ məsələsinin tənzimlənməsində vasitəçi dövlət kimi iştirak edən Fransanın üzərinə götürdüyü missiya ilə bir araya sığmadığını qeyd edib və hakimiyyəti Fransa iqtisadi, siyasi və diplomatik münasibətlərinə yeni rakursdan yanaşmağa, onun separatizmi dəstəkləyən hərəkətlərinə hüquqi qiymət verməyə çağırıb.
ADP Birinci Avropa Oyunları ilə bağlı ölkəmzdə görülən hazırlıq işləri aparılmasını, təhlükəsizlik tədbirləri görülməsini, şəhərin abadlaşdırılması, yeni infrastrukturların yaradılması və paytaxtımıza gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün görülən tədbirləri təqdir edib.
Cavidan