“Hazırda Ermənistanda hakimiyyət dəyişikliyi real görünmür. Amma mahiyyətcə Sərkisyan bu ölkəni saxlamaq iqtidarında deyil”. Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, Rusiya Ermənistanın bütün eyiblərini ört-basdır edir. Onun sözlərinə görə, hətta rəsmi Moskva işğalçı ölkənin ordusuna maliyyə yardımı etdi.
“Ancaq hər şeyin sonu var. Vaxtilə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan demişdi ki, Azərbaycanla münaqişəni kompromis yolu ilə həll etmədən Ermənistanın gələcəyi yoxdur. Ona görə də hesab edirəm ki, bunlar ya ağıla gəlməlidirlər, ya da ki yaxın zamanda böhran yenidən təkrarlanacaq. Ermənistan Rusiyanın forpostu olduğu üçün ona maliyyə yardımı göstərir. Ümumiyyətlə rəsmi Moskva çox əliaçıqlıq etmək iqtidarında da deyil”, – deyə R.Musabəyov qeyd edib.
Səxavət