Həsənbala Həsənov 2005-ci ildən köməkçim idi. Daha doğrusu, millət vəkillərinin köməkçisi institutu yarandığı vaxtdan yanımda olub. Onunla hərəkat dövründən tanış idik. Çox ziyalı, ürəyiaçıq, mübariz insan idi.
Bu sözləri Axar.az-a deputat Fəzail Ağamalı köməkçisinin yol qəzasında dünyasını dəyişməsindən danışarkən deyib.
Onun sözlərinə görə, bu gün Salyanın Xıdırlı kəndi ərazisində baş verən ağır qəzada ölən köməkçisi H.Həsənov avtomobili idarə edən olmayıb: “Taksinin qabaq oturacağında əyləşibmiş. Onun olduğu “Opel” markalı maşın arxadan gələrək “QAZel”ə çırpılıb və həyatını itirib. Allah rəhmət eləsin”.
F.Ağamalı mərhumun əslən salyanlı olduğunu və doğma rayonunda dəfn ediləcəyini bildirib: “Yas mərasimində iştirak edəcəyəm. Hazırda uzaqda olmağıma baxmayaraq, dəfnə çatmağa çalışacağam”.