Bu gün “Qarabağ” blokunun toplantısı keçirilib. Toplantıda jurnalist Rasim Məmmədovun bir qrup idmançı tərəfindən döyülməsi, daha sonra vəfat etməsi məsələsi müzakirə edilib və bəyanat qəbul olunub.
Teleqraf.com xəbər verir ki, blok Türkiyə ilə bağlıda müzakirələr aparıb.
Blok üzvləri son vaxtlar PKK terror təşkilatının Türkiyə daxilində və ölkənin sərhədlərindən kənar aktivləşməsindən, örgütün dinc əhaliyə, polis və hərbçilərə qarşı həyata keçirdikləri terror nəticəsində onlarla insanın qətlə yetirilməsindən ciddi narahat olduğunu bildirib və Türkiyənin bütövlüyünə, konstitusion quruluşunun dağıdılmasına qarşı yönələn bu terror hadisələrini qətiyyətlə pisləyib.
Blok üzvləri eyni zamanda Türkiyənin PKK terror təşkilatına qarşı başlatdığı hərbi hücumlardan əndişə duyan bir sıra Avropa dövlətlərinin açıq və ya gizli şəkildə PKK-nı himayə etməsini, barışıq adı altında terrorçularla Türkiyə dövlətini bir masada əyləşdirmək cəhdlərini də pisləyib.
Cavidan