Cavid Musazadə: “Sizi “əqidətə”, “kişiliyə” kökləyib qul kimi istismar edirlər”
Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) indiki rəhbərliyinin apardığı siyasətə etiraz edən bir qrup şəxs mətbuat konfransı keçirib. Onlar cəbhəçilərə müraciət edərək birləşməyə və partiya rəhbərliyinə etimadsızlıq göstərməyə çağırıblar. Dünəndən başlayaraq AXCP rəhbərliyi və onu dəstəkləyən cəbhəçilər mətbuat konfransı keçirənləri satqın adlandırıb və sosial şəbəkələrdə onların əleyhinə statuslar yazmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, mətbuat konfransında iştirak edən cəbhəçilərdən biri Cavid Musazadə barələrində səsləndirilən ittihamlara cavab verib: “Guya biz bu addımı atmasaydıq, siz ölkəni dəyişəcəkdiniz? Xalqın ac qarnı sizin bu absurd iddilarınızndan, qaraguruhunuzdan, mənasız işlərinizdən çoxdan yorulub. Gedin özünüzə yeni sənət tapın. Siyasət sizlik deyil. 3-500 adamı təsir altına salıb acqarına döyəclədiyiniz, tutdurduğunuz bəsdir. Çarəsiz insanların heysiyyatı, acı taleyi üzərindən özünüzə siyasi köşk qurub alver etmək doğru deyil. Yanlışlarınıza son verin. 23 ildir nə əldə etmişiniz? Min bir oyundan çıxmışınız, hakimiyyətin qalmasına xidmət göstərən həyat sürdüyünüz bəsdir. Kasıb insanların min bir zülmlə qazandığı 3-5 manatına şərik olub yaşamaq nə əqidəyə, nə də kişiliyə sığar. Zaman-zaman hər kəsin əməlləri aydınlaşacaq. Mən buradan əsl cəbhəçilərə müraciət edirəm: Bir daha düşünün. Ağlınızla qərar verin. Zombi stereotipini qırın. əsl siyasətə gəlin. Siyasət zombilik deyil, maraqların uzlaşması və mümkün olanı əldə etmək fəaliyyətidir. Sizi “əqidətə”, “kişiliyə” kökləyib qul kimi istismar edirlər. Ayılın!”.
AXCP sədrinin sabiq müavini Razi Nurullayevdə Cavid Musazadənin bu mövqeyini dəstəkləyərək AXCP sədri Əli Kərimlini sərt tənqid edib: “Hakimiyyətlə oyun oynayan, bir neçə yerdən pul alıb, üzvləri ilə paylaşmağı bacarmayan siyasi və onların əlaltıları ilə demokratiya olmaz. Əfsuslar olsun ki, Azərbaycan siyasətinə iyrəncliyi, satılmağı, öz liderinə qarşı çıxmağı, partiya içində qruplaşma yaratmağı Əli Kərimli gətirib. Yanındakılar da, ona quyruq bulayanlar da, onun yolunu gedən adamlardır. Biz isə bu siyasətə qarşı çıxanlar və gerçək müxalifət yaratmağı hədəfləmiş insanlarıq”.
Cavidan