Azərbaycanlı diplomatlar Amerika Erməni Milli Komitəsinin (ANCA) əməkdaşı Simon Mahakyanın münaqişə zonalarında mədəni irsin qorunması ilə bağlı “The Guardian”dakı yazısına həmin nəşrdə cavab veriblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müəllifin mədəni irsin qorunmasının vacibliyi barədə yazması və Azərbaycanı tənqid etməsini gülünc adlandırıb: “Ermənistan və Azərbaycan arasında münaqişə zamanı Azərbaycan deyil, Ermənistan monoetnik ölkəyə çevrilib ki, bu da dünyanın bu bölgəsində nadir nümunədir. Bu ölkə özünün etnik azərbaycanlı əhalisinin əsrlərlə yaşı olan mədəni və tarixi irsini silməklə təkmədəniyyətli cəmiyyətə çevrilmək siyasəti aparır”.
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov isə qeyd edib ki, Azərbaycan üçün mədəni irsinin qorunması həmişə vacib və həssas məsələ olub. O qeyd edib ki, Culfa qəbristanlığının məhv edilməsi ilə bağlı ittihamlar Azərbaycanın işğal edilmiş ərazilərində aparılan mədəni təmizləmə kimi dəhşətli faktlardan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa yönəlmiş növbəti cəhddir.
Səxavət