Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın deputatlığa namizədliyi rəsmi olaraq qeydə alınıb.
Teleqraf.com Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə Mehriban Əliyevanın namizədliyi 14 saylı Xəzər seçki dairəsindən qeydə alınıb.
Qeyd edək ki, Mehriban Əliyeva 2005 və 2010-cu illərdə keçirilən seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 14 saylı Xəzər ikinci seçki dairəsindən qatılıb. Hər iki seçkidə də yüksək səs faizləri ilə qalib olub.