26 Oktyabr 2015 12:27
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqlərə məruz qalır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov bir qrup rusiyalı jurnalistlə görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan öz siyasətini müstəqil şəkildə yürütmək niyyətindədir: “Bizə qarşı təzyiqin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Bizim prezidentimiz sərbəst siyasət aparmaq istəyir, bu, çoxlarının xoşuna gəlmir. Bizə qarşı hücumların mahiyyəti də bundadır”.

Spiker qeyd edib ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır: “İki ölkə arasında əməkdaşlığa dair 200-dən artıq saziş imzalanıb. Rusiya yeganə ölkədir ki, Azərbaycan onunla dövlət sərhədlərinin delimitasiya prosesini tam başa çatdırıb”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər