29 Oktyabr 2015 14:01
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq Partiyasının sədri Əhməd Oruc təmsil olunduğu “Azadlıq-2015" seçki blokunun noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak qərarı barədə danışıb.

O bildirib ki, blok seçkidə iştirak qərarı verib və qeydiyyatdan keçmiş namizədlər seçki kampaniyası aparır. Partiya sədrinin sözlərinə görə, namizədlər fərdi şəkildə ayrı-ayrı dairələr üzrə mübarizə aparır: “İlk gündən boykotun əleydarlarındanam. Hesab edirəm ki, müxalif cameə mümkün bütün resurslardan istifadə edərək siyasi meydandakı rolunu, proseslərə təsir imkanlarını qoruyub saxlamağa çalışmalıdır. Bu baxımdan boykotu məqbul variant saymıram. Seçki prosesinin üstünlükləri çoxdur. Cəmiyyətin müəyyən təbəqəsi ilə görüşlər keçirmək, öz fikir və düşüncələrini ictimaiyyətə çatdırmaq, tərəfdarlarını aktivləşdirmək mümkündür. Bundan başqa, müxalifətin seçkiyə birgə qatılmaması qapanmaya səbəb olur. İdeoloji baxımdan partiyalar fərqlidir və hamının bir arada olması mümkünsüzdür. Amma ümumi prinsiplərdə müxalifət daxilində fikir ayrılıqları yoxdur. Hesab edirəm ki, klassik partiya modelləri iflasa uğrayıb”.

Nərgiz


Müəllif: