15 Dekabr 2015 11:35
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır.

Milli.az-ın “Terrorizmə qarşı İslam koalisiyası”na Azərbaycanın qoşulması barəsində sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, məsələ ilə əlaqədar Xarici İşlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hal-hazırda məsələyə baxılır.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 müsəlman ölkəsi terrora qarşı yeni koalisiya yaradıb. Koalisiyada Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Maldiv, Mali, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən yer alıb. Koalisiyaya İndoneziya ilə bərabər 10 ölkənin dəstək verəcəyi bildirilib.


Müəllif:

Oxşar xəbərlər