"Xarici işlər nazirlərinin Tiflisdə imzaladıqları birgə bəyannamə hər üç ölkənin qonşuluq və dosluq münasibətlərinin inkişafı üçün faydalı sayıla bilər".
Bunu Teleqraf.com-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünə münasibət bildirərkən qeyd edib.
F.Mustafanın sözlərinə görə, bu gürüşdə alınan qərarlar əslində Rusiya tərəfindən Moskva və Qars müqavilələrinin ləğvinə yönəlik təşəbbüslərin səsləndirildiyi vaxtda daha aktualdır: "Üç qonşu və dost dövlətin sərhədlərin toxunulmazlığı ilə bağlı bir iradə bəyanıdır. Hər üç ölkənin bu məzmunlu iradəsinin indi daha yüksək səslə diqqət mərkəzinə gətirilməsi zərurətə çevrilib. Bu həm də hər üç dövlətin qonşuluq və dostluq münasibətinin inkişafı üçün faydalı sayıla bilər".
Ayxan