18 Mart 2016 18:07
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Razi Nurullayev: “Barəmdə yüzlərlə adam yüz şey yazır”

Gənc fəal, vaxtilə AXCP-nin Razi Nurullayev qanadına dəstək verən Dəyanət Babayev iddia edib ki, R.Nurullayev və Rafiq Daşdəmirli onu həbs etdirmək üçün cəhdlər göstərir.

Teleqraf.com xəbər verir ki, gənc fəal sosial şəbəkədə bildirib ki, buna səbəb sözügedən AXCP daxilində yaranan narazılıqdır.

D.Babayev qeyd edib ki, AXCP-nin birləşdirici qurultayında iştirak edən, rayon təşkilatlarının sədri olan bəzi şəxslər narazı qaldıqları üçün istefa verəcəklərini ona bildiriblər. O, da öz növbəsində bu haqda danışıb. AXCP rəhbərliyində olan Razi Nurullayev və Rafiq Daşdəmirli isə hesab edib ki, daxili narazılığı elə Dəyanət Babayevin özü yaradır.

D.Babayev qeyd edib ki, vəziyyətlə bağlı müvafiq strukturlara müraciət etməyə hazırlaşır.

AXCP sədri Razi Nurullayev isə bu məsələyə münasibət bildirməkdən imtina edib: “Özümə söz vermişəm ki, belə məsələlərə nə diqqət edəcəm, nə də münasibət bildirəcəm. Ona görə də, üzürlü sayın. Kim nə yazır, yazsın. Mən onlara baxmıram. Mənim üçün vacib olan Azərbaycanın siyasəti, özümün fəaliyyətidir”.
R.Nurullayev əlavə edib ki, son dövrlər kifayət qədər ittihamlar ortaya çıxır: “Barəmdə yüzlərlə adam yüz şey yazır. Siyasətçinin taleyi və həyatı belədir. Qısaca onu deyə bilərəm ki, fəaliyyətim, partiyamız şəffafdır. Onun üçün də, mənim heç nədən çəkinəcəyim bir şey yoxdur. Belə şeylərdən də xəbərim yoxdur”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər