7 Aprel 2016 12:40
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Federasiyası Prezidenti yanında millətlərarası münasibətlər üzrə Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının sədri Ara Abramyanın Azərbaycan əleyhinə verdiyi bəyanatlarla əlaqədar Rusiya hakimiyyətinə müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, A.Abramyan öz bəyanatlarında Azərbaycanı təcavüzkar adlandıraraq Azərbaycan rəhbərliyi haqqında tənqidi fikirlər söyləyib, həmçinin öz həmvətənlərini Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb. ÜAK müraciətdə diqqətə çatdırır ki, A.Abramyanın bu hərəkəti millətlərarası zəmində qarşıdurmalarla nəticələnə bilər.

“Milliyətcə erməni olan Ara Abramyanın bu çağırışı Rusiya ictimaiyyətində narahatlıq doğurur. Bundan başqa, Ara Abramyanın millətçi şüarları və çağırışları nəinki bütün millətlərin sülh və həmrəylik şəraitində yaşadığı Rusiyanın milli siyasətinə, eləcə də məhz Ara Abramyanın sədrlik etdiyi Rusiya Federasiyası Prezidenti yanında millətlərarası münasibətlər üzrə Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının prinsiplərinə də ziddir.

ÜAK Rusiya hökumətindən A.Abramyanın hərəkətlərinə diqqət yetirməyi və gələcəkdə bu kimi hadisələrin qarşısını almaq üçün ona qarşı müvafiq tədbirlər görməyi xahiş edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər