“Əli Kərimli Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik rayonlarda və kəndlərdə heç vaxt olmayıb. O, həmişə qaçıb gizlənib, Vətən naminə əlinə silah almayıb”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Əli Kərimli Azərbaycan ordusunda xidmət etməyib.
Deputat qeyd edib ki, Əli Kərimlinin 90 nəfəri yığıb orduya getməsi barədə dediyi fikirlər yalandır: “Əli Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Əli Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb. O, birinci Qarabağ müharibəsi dövründə xidmətə yararlı olsa da, döyüşlərdə iştirak etməyib. Bu adam fərari olub. Əlimizdə bunu sübut edəcək kifayət qədər faktlar var, lazım olsa sübuta yetirməyə hazıram”.
Kəmalə