15 Aprel 2016 12:18
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin plenar iclası öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, deputatların təklifi ilə cari məsələlərin müzakirəsinə yer ayrılıb.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, son günlər Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsində ölkəmizə dəstək gəlir: “Mən İslam Əməkdaşlıq Konfransının toplantısını və orada Azərbaycana verilən dəstəyi qeyd edərdim. Amma təəssüflər olsun ki, bəzi media orqanlarında, saytlarda dövlətin apardığı siyasət, Milli Məclis haqqında həqiqətəuyğun olmayan yazılar gedir.
Bu da, aydındır ki, onlar kimlərinsə təsiri altındadır.

Məsələn, ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı hesabat verib. Lakin hesabatda ən neqativ fikirləri ortaya çıxarırlar. Baxmayaraq ki, hesabatda ölkəmizlə bağlı çox müsbət məqamlar da mövcuddur. Bunların hamısı qərəzlidir. Azərbaycan xalqı göstərdi ki, bu ölkədə hər kəs birdir”.

Spiker Oqtay Əsədov isə deyib ki, dövlətin apardığı siyasətə kölgə salanların özləri kök altındadır: “ABŞ-da məlum hesabatla bağlı bəzi məqalələr yazıldı. Amma Dağlıq Qarabağla bağlı ABŞ-ın göstərdiyi obyektiv mövqe haqda onlar heç nə yazmadı”.

Nemət


Müəllif:

Oxşar xəbərlər