Milli Məclisdə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev şəhidlər üzərindən siyasət qurulması addımlarını kəskin tənqid edib.
Teleqraf.com bildirir ki, Q.Həsənquliyev söyləyib ki, dünyada və Azərbaycanda elə mövzular var ki, onun üzərindən siyasət qurmaq, yaxud mübarizə aparmaq yolverilməzdir: “Bu kimi hallar cəmiyyət tərəfindən qınanmalı və lənətlənməlidir. Bu mövzulardan biri də vətən uğrunda olan şəhidlərimizdir. Onların üzərində siyasət qurmaq olmaz.
Yazırlar ki, şəhidlərin siyahısını gizlədirlər, dövlət adamları dəfn mərasimlərinə qatılmır və s. Biz şəhidin yas mərasiminə qatıldıq. Şəhidin əmisi dedi ki, həmin gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası da vəfat etmişdi. Ancaq Talıbov əvvəl şəhidin yas mərasiminə qatılıb, sonra isə anasının vəfatı ilə bağlı işlərlə məşğul olub. Bu, insanlarda çox yüksək qarşılanır. Şəhidlərin dəfn mərasimində minlərlə insan iştirak edir.
Onlar da görürlər ki, mərasimlərə kimlər qatılır. Hesab edirəm ki, belə mövzular siyasət aləti olmamalıdır”.
Millət vəkili AXCP sədri Əli Kərimlini də tənqid edib: “30-40 quldur qabağından qaçanlar indi müharibə haqda danışırlar. Amerikada Qarabağla bağlı aparılan danışıqlar zamanı Əli Kərimli mitinqi təxirə saldı. Belə riyakar insanlara qarşı cəmiyyət öz narazılığını bildirməlidir”.
Nemət