Gənc fəal Dəyanət Babayev Razi Nurullayevin sədri olduğu AXCP-ni tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, iddia edib ki, Nurullayev onlarla dost olan cəbhəçilərin əmək haqlarını kəsməklə hədələyir: “Razi Nurullayev ikinci AXCP yaratmaqla demokratik bir partiya qurmaq görüntüsü yaradıb. İndi də bizim yaratdığımız təşkilatdan qorxuya düşüb, ətrafında olan bəzi insanlara Ağaşirin Tanrıverdioğlu, Elvin Baycan və mənim statusumu bəyənməməyi, bizi bloka qoymağını istəyib. Bunu etməyən insanların əmək haqlarını kəsir və partiyadan kənarlaşdırır.
Bəzi cəbhəçilər bunları etmir. Lakin bunu etməyənlərə gələn ay maaş verilməyəcək. Partiyadan da çıxarılacaqlarına dair hədələr edilir. Əldə etdiyim məlumata görə, bu hədələrə tuş gələn cəbhəçilərdən biri də Rahib Hacıyevdir. Onu da dəvət edərək bildiriblər ki, ya bizi bloka qoymalı, ya da partiyadan getməlidir. Rahib Hacıyev də onların yanında qalmağı üstün tutub. Biz Razi Nurullayevə müraciət edərək deyirik ki, bu cür əməllərdən əl çəksin, çünki bu, siyasət deyil”.
Qeyd edək ki, AXCP-dən ayrılan Dəyanət Babayev, Ağaşirin Tanrıverdioğlu və Nizami Osmanov Azad Azərbaycan Naminə Hərəkat yaratdıqlarını bəyan ediblər.
Onlar heç vaxt Razi Nurullayevin sədri olduğu AXCP-nin üzvü olmayıblar. Əksinə, Əli Kərimlinin sədri olduğu AXCP sıralarından xaric ediliblər.
Cavad