Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyunun ortalarında Bakıya gələcək.
Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov məlumat verib.
Qeyd edək ki, S.Seyidov bu gün Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak edir.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri avstriyalı deputat Ştefan Şennah və rumıniyalı deputat Florin Predadır. (“Report”)