23 May 2016 18:17
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu proses AXCP ilə Müsavat Partiyasının daxili problemi sayılsa da, diqqətimizdən kənarda qala bilməz. Odur ki, aparılan danışıqları diqqətlə müşahidə edirik. Əslində, hörmətli Tofiq Yaqublu həbsxanadan çıxdıqdan sonra səmimiyyətlə bu işə qoşulub. Müsavatda Partiyasında da çox gözəl anlayırlar ki, bizim Tofiq Yaqubluya böyük hörmətimiz və etimadımız var. Görürlər ki, Tofiq Yaqublunun xətrini çox istəyirik, onu qəbul edirik. Bu amildən Müsavat Partiyası istifadə edərək Tofiq Yaqublunu AXCP ilə danışıqlar aparmaq missiyası ilə dərhal görəvləndirib. Heç şübhəsiz ki, AXCP-Müsavat danışıqları Milli Şuraya qarşı yönələn addımdır. Bu, Müsavatın istəyidir və bizə qarşıdır. Amma bu, istənilən halda AXCP-Müsavat münasibətidir və onların daxili işidir. Müsavat AXCP-yə bununla bağlı müraciət edib. Məndə olan xəbərə görə, AXCP Müsavata bildirib ki, bu mövzu onlar üçün aktual deyil”.

Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı AXCP-Müsavat arasında münasibətləri düzəltmək üçün aparılan danışıqları şərh edərkən deyib. Onun sözlərindən belə çıxıb ki, Milli Şurada təmsil oluna digər üzvlər və partiyalılığı olmayan şəxslər də vəziyyəti müşahidə edir: “Müsavat Milli Şuranı vaxtilə tərk edib və bu zaman Milli Şuraya ən böyük zərbəni vurmuş olub. Baxmayaraq ki, Müsavat Partiyasının daxilində böyük bir hissə onların Milli Şuradan çıxmasına qarşı idi.

Lakin bu rəyi Müsavat rəhbərliyi nəzərə almadı və Milli Şuradan çıxmaqla bağlı qərarını verdi. Eyni zamanda bu qərarla Milli Şuranı zəiflətdi. Bu gün Milli Şura daxilində əsas dayaqlardan biri AXCP-dir. Tədbirlərdə, toplantılarda AXCP-nin resurslarından istifadə edilir. İndi Müsavat AXCP ilə danışıqlar aparıb müqavilə bağlamağa çalışır. Bu, baş verəcəksə, o zaman Milli Şuranın taleyi, Müsavat-Milli Şura, Milli Şura-AXCP münasibətləri necə olacaq? Müsavat bizə bir dəfə zərbə vurub. Təbii ki, Müsavat AXCP ilə Milli Şuranın gücləndirilməsi haqqında söhbət aparmayacaq. Bizim yanaşmamız budur. Əlbəttə, mən hər şeyi açıb demək istəmirəm. Amma hesab edirik ki, Müsavatın bu addımları Milli Şuraya qarşı yönəlib”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər