23 May 2016 23:07
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri ilə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, Hikmət Hacıyev bildirib ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri, keçirdiyi görüşləri və apardığı danışıqları barədə XİN-nin mətbuat xidmətinin açıqlamasında məlumat verilib.


Onun sözlərinə görə, mətbuat açıqlaması müvafiq olaraq XİN-nin rəsmi internet saytı və sosial şəbəkə profillərindən əldə edilə bilər: “Bundan kənar hər hansı şərhlər və ya iddia edilən iqtibaslar yalnız bəzi KİV-in təhrifləridir”.


Qeyd edək ki, bəzi KİV-lərdə Araz Əzimovun guya İsrail parlamentində keçirilən görüşdə İranın nüvə ambisiyasından imtina etmədiyini deyib.


Müəllif:

Oxşar xəbərlər