Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü Fransada ola bilər.
Teleqraf.com-un məlumatına görə, bu haqda Ermənistanın “Jamanak” qəzeti Fransanın Strateji Tədqiqatlar Fondunun eksperti Kayts Minasyana istinadən xəbər yayıb.
Minasyan qeyd edib ki, əvvəlcə görüşə kimin başçılıq edəcəyini dəqiqləşdimək lazımdır: “Bəzi suallar var: görüşə Fransanın xarici işlər naziri Jan-Mark Eyr, yoxsa Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir və ya prezident Fransua Olland başçılıq edəcək? Həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri Lavrovla Kerrinin bu görüşdə iştirakı qəbul edib etməyəcəyi də qeyri-müəyyəndir.
Lakin biz Vyanada başlanmış görüşü davam ediririksə, növbəti görüş əhəmiyyətlidir”.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan mayın 16-da Vyanada görüşmüşdü. Danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir iştirak etmişdi.
Həmin vaxt prezidentlərin iyunda yenidən görüşəcəyi qərara alınmışdı.
Nərgiz