Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, 9 ölkənin (Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Polşa, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə) qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.