18 İyun 2016 13:21
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.


Teleqraf.com xəbər verir ki, yarışın ilk döngəsində qəza baş verib. Qəza nəticəsində 6 pilotun bolidi toqquşub və nəticədə pilotlar mübarizədən kənarlaşmalı olublar.


Məlumata əsasən qəzaya görə pilotlar Filo Pas Armand (“Trident”) Marvin Kirkqover (“Karlin”) Pyer Qasli (“Prema Racing”) Serxio Kanamasas (“Karlin”) Aleks Linn (DAMS) Nikolya Latifi (DAMS) yarışdan kənarlaşdırılıb.

Xatırladaq ki, GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. GP2 seriyası üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar. Qeyd edək ki, GP2 seriyası iki yarışdan ibarətdir. GP 2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər