25 Oktyabr 2016 22:13
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox vacib qələbə qazandıq. Biz hər oyuna maksimum nəticə üçün çıxırıq. Futbolçuların oyun intizamı yaxşı idi. Azarkeşlərimizi təbrik edirəm. "Neftçi”yə uğurlar arzulayıram. Sıx qrafikdə oynayırıq. Futbolçular daha da bir olmalıdılar. Bu gün tam olaraq, düşündüyümüz hücumları qura bilmədik. "Neftçi” bizi yaxşı analiz etmişdi. Bu komandanı hamımız çox istəyirik. Bu sistemi daha da aktivləşdirsələr, yaxşı olacaq".


Teleqraf.com-un futbol11.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- "Qarabağ”lı futbolçu azarkeşi vursaydı, Qurban Qurbanov hansı tədbiri görərdi?

- Belə halın olması heç birimiz üçün xoş deyil. Azarkeşi də, futbolçunu da başa düşmək olar. Çalışmaq lazımdır ki, bir olub, bu vəziyyətdən çıxaq. Arzulamıram da ki, bizdə belə vəziyyət olsun. Hərə öz vəzifəsini yerinə yetirməlidir.

- Avrokubok oyunlarından sonra klublarımızda yorğunluq hiss olunur. Bu problemi aradan necə qaldırmaq olar?

- Son vaxtlar belə problemimiz olmayıb. Əvvəl dəb idi ki, hamı yorğunluqdan danışırdı. Bu gün nə mən, nə də futbolçularım bu haqda düşünürük. Tibb bunu göstərir ki, avrokubok oyunlardan sonra futbolçular yorulur, özü də daha çox psixoloji cəhətdən. O oyunlara hazırlaşmaq çox çətindi. Yurgen Klopp bunu mənə demişdi ki, avrokubok oyunlarından sonra çempionat matçına hazırlıq çətin olur. Mən də bəzən futbolçularıma istirahət verirəm. Biz həm Avropa Liqasında, həm də çempionatda oynamağa indi-indi başlamışıq. Oyunçuların statistikasına fikir veririk, buna əsasən onları oynadırıq.

- Rəşad Sadıqovun durumu nə yerdədir?

- Rəşadın zədəsi var. Srağagün məşqdən sonra ayağında ağrı hiss etdi. Buna görə də bu gün risk etmək istəmədik.


Müəllif:

Oxşar xəbərlər