“Bavariya”nın hücumçusu Robert Levandovski 2017-ci ildəki hədəfləri barədə danışıb.
Teleqraf.com xəbər verir ki, polşalı idmançı cari ildə bütün titulları qazanmaq arzusundadır:
“Yeni ildə ilk məşqlərimiz yaxşı keçir. Tezliklə formaya düşəcəyik. Çempionatın startına qədər tam hazır olmaq üçün ürəkdən çalışırıq. 2017-ci ildə məqsədim “Bavariya” ilə birgə mümkün olan bütün titulları qazanmaqdır”.
Qeyd edək ki, “Bavariya” yeni ildə ilk oyununu yanvarın 20-də “Frayburq”a qarşı keçirəcək.