FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, Təbriz Həsənovun komandası 9-12-ci yerlər uğrunda mərhələdə ilk matçında Estoniya ilə üz-üzə gəlib. Bu görüşdə millimiz 3:0 hesabı ilə qalib gəlib.
Bununla da yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb.
Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir
9-12-ci yerlər uğrunda oyun
17 yanvar
Azərbaycan - Estoniya - 3:0
Qollar: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87