Müzzi Özcan meneceri olduğu 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozancan Kökcü ilə İngiltərə klublarının maraqlandığını təsdiqləyib.
Qol.az-ın məlumatına görə, bu barədə o, "Yahoo Sport"a açıqlamasında bildirib: "İngiltərənin "Tottenhem", "Everton, o cümlədən, Hollandiya, Almaniya klublarından təklif almışıq. Ən ciddi təklifi "Tottenhem" göndərib. Qarşıdakı həftələrdə yekun qərarımızı verəcəyik".
Qeyd edək ki, Ö.Kökcünün "Feyenoord"la müqaviləsi bu mövsümün sonu başa çatır.