7 Fevral 2017 17:16
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sumqayıt” futbol klubunun kapitanı Vurğun Hüseynov komandanın heyətində 100-cü oyununu keçirib. Müdafiəçinin yubiley oyunu Topaz Premyer Liqasının XVI turunun “İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş V.Hüseynovun klubda 100-cü matçı olub.

Klubun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, 2013/2014-cü illər mövsümündən “Sumqayıt”da çıxış edən V.Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/2016-cı illər mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.


Müəllif: