Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunub.
Tədbirdə Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov çıxış edib. Daha sonra "Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülənləri mükafatlandırıb.
Tədbirdə həmçinin "Əməkdar məşqçi", "Əməkdar idman ustası" fəxri adları təqdim edilib.