“Real”ın kolumbiyalı futbolçusu Xames Rodriqes İspaniya La Liqasının “Leqanes”lə səfər oyununda əvəzlənməsinə sərt etiraz edib.
Teleqraf.com xəbər verir ki, Xamesin əvəzlənərkən baş məşqçi Zinəddin Zidanla görüşməməsi, onun ünvanına təhqiramiz ifadələr işlətməsi, həmçinin ehtiyat oyunçular skamyasında oturarkən əlini skamyaya vurması kameralara tuş gəlib. Zidan oyundan sonra İspaniya mətbuatına “Xamesin əsəbi olması normaldı. Komandadan kənarda qaldı, bununla bağlı edə biləcəyim heç nə yox idi” deyib.
Xatırladaq ki, Xames dünənki oyunda komandasının 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verib.