12 May 2017 14:16
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış karateçilər Füzuli Musayev və Rəhman Hətəmov Karate Federasiyasının İdarə Heyətinə üzv seçilib.

Bu haqda Teleqraf.com-a Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib. Onun sözlərinə görə, bir neçə gün öncə federasiyanın İdarə Heyətinin toplantısı olub və yeni üzvlər həmin görüşdə seçilib: “İclasda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq və digər məsələlər də müzakirə olundu. Yeri gəlmişkən, təcrübəli mütəxəssislər Füzuli Musayev və Rəhman Hətəmov İdarə Heyətinə üzv seçildilər. Ümid edirəm ki, komandamız Bakı 2017-də etimadı doğruldacaq”.

Qeyd edək ki, karate üzrə dünya çempionu Füzuli Musayev uzun illər polis kapitanı və Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti kimi fəaliyyət göstərib. Rəhman Hətəmov isə Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti, 5-ci dan qara kəmər sahibidir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər