24 Aprel 2014 16:13
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Meribel şəhərində xizək sürərkən yıxılan və komaya düşən “Formula-1” əfsanəsi Mixael Şumaxeri məhkəməyə veriblər.

Teleqraf.com xəbər verir ki, Şumaxer 2013-cü ilin noyabrında İspaniyanın Sevilya şəhərində avtomobillə qəza törətməkdə ittiham olunur. Alman pilot icarəyə götürdüyü maşını idarə edərkən yol hərəkəti qaydasını kobud surətdə pozub.

Şumaxer motosikletçiyə yol verməyib. Nəticədə idrəetməni itirən motosikletçi yıxılıb və ağır bədən xəsarəti alıb. Əməliyyat olunan motosikletçi ünlü pilotu məhkəməyə verib. O, Şumaxerdən sınmış qoluna, saatına və batmış paltarına görə kompensasiya tələb edir.


Müəllif:

Oxşar xəbərlər