Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun növbəti günündə "Kəpəz” komandası Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edib.
Teleqraf.com xəbər verir ki, Rəvan Həmzəzadə idarə etdiyi matçın ilk hissəsinin 22-ci dəqiqəsində Nicat Qurbanov "Zirə"ni hesabda irəli çıxarıb.
Görüşün ikinci hissəsində hesab arasındakı fərq iki topa çatıb. Matçın 49-cu dəqiqəsində Təmkin Xəlilzadə fərqlənib. T.Xəlilzadə oyunun 87-ci dəqiqəsində özünün ikinci, komandasının 3-cü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib – 3:0.
İki turdan sonra “Zirə” 6 toplayıb və turnir cədvəlində liderdir.