30 Avqust 2017 19:50
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin ilk qolundan sonra sevindiyimdən əlimdəki suyu Kiprin baş nazirinin başına tökmüşdüm. Ayağım yerdən üzüləndən sonra bilmişəm ki, baş nazir imiş. Polis məni aparırdı, Sadıq Sadıqov yarıyolda əllərindən aldı...

Bu sözləri tanınmış idman şərhçisi Gündüz Abbaszadə “Neftçi” futbol klubunun 5 il əvvəl qazandığı tarixi qələbə ilə bağlı xatirələrini bölüşərkən deyib. O, həmin günün futbol tariximiz üçün önəmli gün olduğunu əlavə edib:

“Bu tarixi qələbəni unutmayan dostlar, yaxşı ki, varsınız!

Bu gün - 30 avqust “Neftçi”nin və Azərbaycan futbolunun tarixində əlamətdar gündür”.

Xatırladaq ki, 2012-ci ilin 30 avqustunda “Neftçi” Kiprdə “Apoel”-i “3:1” hesabı ilə diz çökdürməklə Azərbaycan futbolu tarixində ilkə imzataraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı.


Müəllif: Könül

Oxşar xəbərlər