5 Sentyabr 2017 23:53
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, V qrupda çıxış edən yığma ikinci matçında İrlandiya kollektivini qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda səfərdə keçirdiyi ilk görüşdə İsrailə də 1:3 hesabı ilə uduzub.

Avropa çempionatı, seçmə mərhələ
V qrup

5 sentyabr

Azərbaycan - İrlandiya 1:3
Qollar: Mahir Mədətov, 12 - Rayan Maninq, 9, 36. Riis Qreqo-Koks, 51
Qırmızı vərəqə: Elnur Cəfərov, 53
Baş hakim: Sandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
Dördüncü hakim: Balaj Berke
Bakı. "Dalğa Arena”

Xal durumu: İrlandiya, Kosova - 9, İsrail - 3, Norveç, Azərbaycan, Almaniya - 0.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər