18 Sentyabr 2017 21:59
619

AZFAR “Biznes-Liqa”nın təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimatda bir sıra tanınmış şirkət rəhbərləri iştirak edib.

Bu layihə Azərbaycanda ilk dəfə həyata keçirilir. Layihəyə əsasən, Azərbaycanın bəzi şirkətləri arasında komanda şəklində futbol yarışları keçiriləcək.

Bu yarışların gələn aydan etibarən ATV telekanalında yayımlanması planlaşdırılır.

Mini-futbol üzrə Azərbaycan şirkətləri arasında keçirilən korporativ AZFAR "Biznes liqa" çempionatının bir çox iştirakçısı artıq bəlli olub. “ABL Cup 2017-2018” formatında Azərbaycanda ilk dəfə keçiriləcək oyunlar “Azfarqrup”un meydançalarında baş tutacaq.

Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

“”ABL Cup 2017-2018” təkcə korporativ və idman dairələrində deyil, həm də bütövlükdə ölkəmizin ictimai həyatında böyük rezonans doğuracaq və ilin idman olayına çevriləcək. Bu turnir həvəskar futbol sahəsində yeni idman ənənəsinə start verəcək.

ABL Təşkilat Komitəsi turnir iştirakçılarını xüsusi diqqətlə seçir - çempionatda yaxşıların yaxşısı - Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri iştirak edəcək.

Mini-futbol üzrə "Аzfar Biznes Liqa" (ABL) turniri mini-futbolun populyarlaşdırılması və inkişafı, əhalinin bədən tərbiyəsi və idman məşğələlərinə kütləvi şəkildə cəlb olunması məqsədilə keçirilir”, - Təşkilat komitəsindən bildirilib.

Çempionat Azərbaycanın ən qabaqcıl və aktiv şirkətləri üçün nəzərdə tutulub.


Müəllif: Könül