20 Dekabr 2017 13:28
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA prezidenti Rövnəq Abdullayev AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə Bayıl Məşq Mərkəzində görülmüş işlər barədə danışıb.

- Milli komandanın yaşaması üçün bazanın açılışını etdik. Burada komandanın məşq etməsi üçün hər bir şərait yaradılıb. Həm milli məşq edəcək, həm də "Səbail" istifadə edəcək. Futbolun inkişafına töhfə verəcək. Bu, UEFA-nın dəstəyi ilə başa gəlib. Bütün maliyyəni UEFA tərəfindən AFFA-ya verilib. Bu, UEFA-nın bizə hədiyyəsidir.

İK-in iclasında bir sıra qərar oldu. Təyinatlar açıqlandı. Manipulyasiya faktaları ilə bağlı hadisə baş vermişdi. UEFA və AFFA-nın birgə həyata keçirdiyi birinci divizion və region liqalarına nəzarət edir. Bu işlə məşğul olmaq istəyən hamı bilsin ki, mərc oyunlarında iştirak etməməlidir. Keçən il qanun qəbul olundu. Qadağan olunub. Bunun məsuliyyəti cinayətdir. 3 nəfər bu işə görə tutulub və işlər artıq prokurorluğa verilib. UEFA tərəfindən ayrılmış maliyyə ilə Sumqayıt şəhərində 2 təbii örtüklü stadion, biri isə Olimpiya stadionunda tikiləcək. Region Liqasının başlanması ilə bağlı hesabat verildi. Uğurlu start oldu. Geniş şəkildə Azərbaycanı əhatə edəcək. Bu da Azərbaycan futbolunun inkişafına təkan verəcək.

- AFFA şəffaf fəaliyyəti ilə seçilib. "Kəpəz"dəki audit yoxlamasınımn nəticələri ictimaiyyətə açıqlanmadı.

- "Kəpəz" AFFA-dan maliyyələşir. Nümayəndələrimiz təyin olunmuşdu. Pozuntuya cəhd olmuşdu. Biz də onları işdən azad etdik. Futbolda şəffaflıq nə qədər çox olsa, inkişaf gedəcək. Yenə qayıdaram manupilyasiyaya. Bəziləri deyir ki, ağır qərar oldu. Bundan sonra da belə olacaq. Almaniya və İtaliyada oyun alqı-satqısının kökünü kəsdilər. Çalışmalıyıq ki, futbolumuza haram qatılmasın.

- Premyer Liqa komandalarının sayının artırılması nəzərdə tutulurmu?

- Keçən il demişdim ki, 10 komanda olmasını istərdim. İşlədik, 9-a güclə çatdırdıq. Ona görə 8-də saxladıq. Sponsor tapa bilmədiyimiz üçün belə alındı. Hazırda bu problem davam etdiyi üçün bizim imkanımız yoxdur ki, hər bölgədə bir komanda saxlayaq. Həmin rayonda bir şəxs irəli çıxmalıdır ki, bizə də asan olsun. Maliyyə təminatı olmasa, klublar yarı yolda qalarlar.

- Dediniz ki, haramçılıqdan uzaq olmaq lazımdır. Amma bu gün Premyer Liqanın sponsoru Topaz-dır..

- Topaz rəsmi qurumdur. Ordan gələn pullar futbolun inkişafına sərf olunur. Ona görə də burada hansısa haramçılıq görmürəm.

- Region Liqasından birinci diviziona komanda çıxacaq?

- Bəli, bir komanda birinci diviziona çıxacaq. Biri isə diviziondan Premyer Liqaya çıxacaq. Bizim üçün kimin çıxmasının fərqi yoxdur.

- Uşaq futbolunun inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Amma bu gün "Dalğa Arena"da şərait yoxdur...

- Bizdə "Dalğa Arena"da yeganə problem havanın küləkli olmasıdır. Amma havanın temperaturu 4 dərəcədən aşağı deyilsə, burada heç bir problem görmürəm.

- Adətən ortada cinayət olanda səbəbləri də açıqlanır. Amma Nizami ilə Mirhüseyn futboldan kənarlaşdırılsa da, ortada konkret fakt yoxdur...

- Özləri də boyunlarına alırlar. Araşdırma başlayandan hüquq-mühafizə orqanları da bizə kömək edirlər. Böyük bir sistem var. Bunun axırına çıxmaq lazımdır. Hüquq da deyir ki, araşdırma davam edir, açıqlama verilməsin. Bizim də öz komissiyamız var. Məxfi saxlamalıyıq. Futbolçu özü deyir ki, bilərəkdən zəif oynamışam. Bu artıq özlüyündə oyun qaydalarını pozmaqdır.

- Mehdi Hüseynzadə adına stadionun SOCAR tərəfindən təmir ediləcəyi deyilir...

- Xeyr, belə bir şey yoxdur. Bütün arenaların adları kommersiya xarakterli olacaq. Bayıldakı stadiona da sponsor axtarırıq. Kim istəyirsə, sponsorluq edib, atasının adını stadiona qoysun (gülür). Mehdi Hüseynzadə ilə bağlı nəsə etməyi düşünürük. Bu gün də bunun müzakirəsi oldu. Orda 10 minlik stadionun tikilməsi məsələsinə baxmağı düşünürük. “Sumqayıt” rəhbərliyi də deyir ki, çox adam oyun vaxtı ayaq üstə baxır. Buna maliyyə axtarırıq.

- Bu gün Anatoli Banişevskinin adını daşıyan hansısa stadion yoxdur...

- Banişevski də var, Kazbek Tuayev də var. Stadion adları ancaq kommersiya xarakterli olacaq. Banişevski üçün böyük işlər görmüşük. Amma adının stadiona verilməsi gündəmdə deyil. Çünki elə etməliyik ki, stadionun adı da gəlir gətirsin. Yoxsa batıb gedərik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər