“Qalatasaray” futbol klununun rəhbərliyi ilə baş məşqçi Fatih Terimi arasında ilyarımlıq müqavilə imzalanması komandanın azarkeşlərini sevindirib.
Teleqraf.com xəbər verir ki, bu xəbərdən sonra azarkeşlər “Göztəpə” ilə oyunu izləmək üçün kütləvi şəkildə kassalara axışıblar.
Dünənə qədər oyun üçün 14 min bilet satılmışdısa, Terimin gəlişindən sonra bir gecəyə 9 mindən çox bilet satıldığı deyilir.