"Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.
Teleqraf.com xəbər verir ki, “Qəbələ” ilə yollarını ayıran qapıçı Aqil Məmmədovla “Neftçi” mövsümün sonunadək müqavilə bağlayıb. Tərəflərin istəyinə əsasən, mövsümün sonu müqavilə daha 1 illik uzadıla bilər.
Qeyd edək ki, 28 yaşlı qapıçı A.Məmmədov “Qəbələ”yə mövsümün əvvəlində AZAL-dan keçmişdi. O, 2015-2016-cı illərdə də "Neftçi"də çıxış edib.