“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.
Teleqraf.com xəbər verir ki, 2017/18 mövsümünün ilk yarısında əvəzedicilərin baş məşqçisi olan Elmar Baxşıyev klubdakı fəaliyyətini əsas komandada davam etdirəcək.
O, Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda Ramin Quliyevi əvəzləyib. Sonuncunun “Qəbələ”dəki fəaliyyəti 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin edildiyi üçün başa çatıb.
Xatırladaq ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərən Baxşıyev ötən ilin yayında bu komandanın baş məşqçisi təyin olunmuşdu.