1 Aprel 2018 21:21
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib.

Teleqraf.com xəbər verir ki, həftənin ikinci matçı lider “Qarabağ”la “Keşlə” arasında olub.

Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 50-yə çatdırıb. “Keşlə” isə 17 xalla 7-ci pillədədir.

Həftənin açılış matçında “Kəpəz”lə “Zirə” qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” görüşləri ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər