1 Avqust 2018 22:57
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"la "Kukesi" arasındakı cavab görüşü başladı.

21:00. “Qarabağ” (Azərbaycan) - “Kukesi” (Albaniya) - 2:0 (İkinci hissə)

Qol: Dani Kintana, 24-pen. 57-pen.

***

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Albaniyanın "Kukesi" klublarının start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaq:

"Qarabağ": 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye,

"Kukesi": 77. Stivi Fraşeri, 4. Yuli Şameti (k), 6. Alba Ala, 7.Arber Çyurbiya, 9. Sebino Plaku, 15. Haralamb Çaçi, 20. Simo Rumbulaku, 23. Besar Musoli, 24. Edis Maliki, 26. Vilyam Kordeyru Melu, 33. İrakli Dzariya,

***

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Albaniya təmsilçisi “Kukesi” komandasını qəbul edəcək.

Publika.az xəbər verir ki, komandamız doğma meydanda qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranı da meydana çıxara bilər.

“Qarabağ” komandası “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) matçında üstün olan klubla qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunun slovakiyalı baş hakim Peter Kraloviç idarə edəcək.

Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının üç oyunu keçirilib. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Moldovanın “Şerif” klubu evdə Makedoniyanın “Şkendiya” komandasını sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da “Şkendiya” mərhələ adlayıb.

İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla darmadağın edən Xorvatiyanın “Dinamo” klubu cavab oyununda məhsuldar heç-heçə (2:2) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Slovakiyanın “Spartak” klubu Trnavada Polşanın “Legiya” komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Spartak” iki oyunun nəticəsinə görə bu turnirdə mübarizəni davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər