1 Avqust 2018 23:35
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Teleqraf.com-un xəbərinə görə, Ağdam təmsilçisi hazırda qarşılaşdığı “Kukesi”ni mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə BATE ilə qarşılaşacaq.

Belarus klubu bir qədər əvvəl başa çatan oyunda HİK-ə (Finlandiya) 2:1 hesabı ilə qalib gələrək (ilk oyun - 0:0) 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər