Bu gün Avropa Liqasının pley-off mərhələsinə start verilib.
Teleqraf.com-un xəbərinə görə, təmsilçimiz "Qarabağ" da ilk oyununa çıxıb. Qurban Qurbanovun komandası Moldova çempionu "Şerif"in qonağı olub və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 30-u Bakıda keçiriləcək.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
23 avqust
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol: Rifet Kapiç, 8
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu